Arsen Avakyan necə Ukraynanın daxili işlər naziri oldu?
06 Mart 2014 Cümə Axşamı 19:03
“Komsomolskaya Pravda” meydandan bir başa Ukraynanın nazirlər kabinetində “işə” göndərilmiş adamların kimliyini aydınlaşdırmaq qərarına gəlib.
Ukrayna bütün dünyaya “gədədən bəy olmaz” adlı heyrətamiz tamaşanı nümayiş etdirdi. Meydanı bürümüş inqilab nəticəsində ölkədə rəhbər vəzifələrə şübhə doğuran, korlanmış nüfuza malik insanlar gəldi. Təəccüb doğuran, hər zaman ehtiyat və praqmatikliyi ilə seçilən Avropa Birliyinin və ABŞ-ın bu fakta göz yummasıdır. Bu az deyilmiş kimi, onlar yeni Ukrayna hökümətinə iri həcmdə kreditlərin ayrılmasını vəd edib.
ANS PRESS-in məlumatına görə, “Komsomolskaya Pravda” meydandan bir başa Ukraynanın nazirlər kabinetində “işə” göndərilmiş adamların kimliyini daha dəqiq aydınlaşdırmaq qərarına gəlib. Bunlardan biri daxili işlər naziri Arsen Avakovdur.
Arsen Avakov (Avakyan) 130 ən varlı ukraynalı arasında 67-ci yerdədir. Onun 385 milyon dollar varidatı var. A.Avakov 2012-ci ildə Ukrayna hökumətində heç bir vəzifədə çalışmırdı və İtaliyada yaşayırdı. Ukrayna prokurorluğu A.Avakovu təxminən 5,9 milyon dollar dəyərində 55 hektar ərazisi olan dövlət əmlakının mənimsənilməsində günahlandırdı. İnterpol Avakovu rəsmi şəkildə beynəlxalq axtarışa verdi. Bir müddətdən sonra həbs edildi. Amma nədənsə onun Ukraynaya ekstradisiyası həyata keçmədi. Əksinə, Avakovun həbs müddəti azaldıldı və bu, onun üçün demək olar ki, qəpik-quruşa başa gəldi. Çox keçmir ki, Arsen Avakov “Batkivşina” fraksiyasından deputat seçilir. Daxili işlər naziri olduqdan sonra isə “Berkut” xüsusi təyinatlılarını ləğv etdi. Bununla o, radikal Ukrayna millətçilərinin DİN-də rəhbər vəzifələr tutmağına şərait yaratdı.
DOSTLARINLA PAYLAŞ: