Arnold Şvartsnegger nikahdan kənar övladının olduğunu etiraf etdi
18 May 2011 Çərşənbə 01:17
Arnold Şvartsnegger nikahdan kənar övladının olduğunu etiraf etdi. Uşağın anası aktyorun evindəki keçmiş qulluqçudur.
Tanınmış kino aktoyru, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsnegger etiraf edib ki, nikahdan kənar övladı var. Uşağın anası aktyorun evindəki keçmiş qulluqçudur.

Arnold Şvartsnegger və onun həyat yoldaşı Mariya Şriver ötən həftə boşandıqlarını bəyan ediblər. Onlar birlikdə 25 il ailə həyatı sürüblər.

Keçmiş qubernator bildirib ki, bir il əvvəl həyat yoldaşına nikahdan kənar övladı barədə məlumat verib. Həmin vaxt Arnold Şvartsneggerin qanunsuz övladının 10 yaşı olub. Aktyorun sözlərinə görə, öz hərəkəti ilə keçmiş həyat yoldaşına acı verməsindən təəssüflənir.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar