Göyərtəsində Kaliforniya qubernatoru Arnold Şvartsnegerin olduğu təyyarə məcburi eniş etməli olub. İnsident təyyarənin Santa Monika şəhəri istiqamətində hərəkət edərkən baş verib. Lakin kabinədə dumanın müşahidə edilməsi onu yaxınlıqdakı Van Nayz hava limanına məcburi eniş etməyə məcbur edib.
Qubernatorun sözçüsü Aaron Maklirin verdiyi məlumata görə, insident nəticəsində nə Arnold Şvarsneger, nə də digər sərnişinlər xəsarət almayıb. O, nasazlığın təyyarənin cihazlarından birində baş verdiyini və buna görə idarə panelindən tüstü qalxdığını söyləyib.
Van Nayz hava limanında qubernatorun təyyarəsini yanğınsöndürən briqadaları qarşılasalar da, onların köməyinə ehtiyac olmayıb.
Şvarsnegerin özü isə baş verən hadisəni kiçik məcara kimi qiymətləndirib.
Arnold Şvarsneger həmçinin təyyarəyə üzərində "az əvvəl kiçik məcara baş verdi. Təyyarəm məcburi eniş etməli oldu. Lakin hər şey qaydasındadır" sözləri yazılmış şəklini qoyub. /ANS TV/