Arılar polisi öldürdü
05 Fevral 2013 Çərşənbə Axşamı 16:19
Polisin maşını arı pətəklərinin içəsinə girib
Brazilyada gənc polis qadın arıların qurbanı olub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Rosario do Sul şəhərində qadın avomobilini arı pətəklərinə vurub. Hadisə şahidlərinin sözlərinə görə, polis tədris mərkəzinin tələbəsi olan 23 yaşlı Mariana Luçerin qəza törətməsinə səbəb fırtına olub. Nəticədə o idarəetməni itirib. Pətəklərin içərisinə girən maşını bir anın içərisində arılar basıb. Arılar yararsız hala düşən maşının içərisindəki qadına hücum ediblər.
Yüzlərlə arının vurduğu qadın maşından çıxıb qaçmağa çalışsa da, çox keçmədən yıxılaraq ölüb.
DOSTLARINLA PAYLAŞ: