Arif Quliyev mükafatlandırıldı
07 İyul 2014 Bazar Ertəsi 17:13
Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilib.
Ukraynada yaşayan soydaşımız mükafatlandırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Ukraynada yaşayan azərbaycanlı alim, Azərbaycan diasporunun fəal üzvlərindən biri Arif Quliyev Ukrayna Elmlər Akademiyasının xüsusi diplomu ilə təltif edilib.

Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyev elm, təhsil və mədəniyyət sahəsində Ukrayna Azərbaycan münasibətlərinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüb.
1998-ci ildən Ukraynada yaşayan Arif Quliyev monoqrafiya və dərsliklərin, xarici siyasət, dövlət idarəçiliyi, Azərbaycan və Ukraynanın beynəlxalq və ictimai münasibətləri məsələlərinə dair yüzdən çox elmi və elmi-populyar yazının müəllifidir.

Arif Quliyev Ukraynanın Əməkdar maarif işçisi, Ukrayna Milli Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının, Ukrayna Hüquqşünaslar Assosiasiyasının üzvü, habelə “Dostluq körpüləri: Ukrayna-Azərbaycan” beynəlxalq layihəsinin laureatıdır.

Tanınmış alim məhsuldar ictimai fəaliyyətlə də məşğuldur, “Xalq Demokratiyası İnstitutu”nun İdarə Heyətinin rəhbəri, “Ukrayna Azərbaycanlılarının Elmi Şurası” və “Ukrayna Azərbaycanlıları Ağsaqqallar Şurası” ictimai təşkilatlarının həmtəsisçisidir.





DOSTLARINLA PAYLAŞ:

oyunlar