Argentinanın xanım prezidenti soyuldu
14 Yanvar 2011 Cümə 12:10
Kristina Kirşnerin xaricə səfər xərcləri oğurlanıb.
Argentina prezidenti Kristina Kirşnerin apparat əməkdaşı qarət olunub. ANS PRESS-in Argentina kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, insident yanvarın 12-si paytaxt Buenos-Ayresin şimal-şərqində prezidentin xarici səfərlərini əlaqələndirən bölmənin 44 yaşlı əməkdaşı evə qayıdarkən baş verib.
Məlumata görə, hücum edənlərdən biri əməkdaşın başına tapança dayayıb və içərisində pul olan çantanı ondan alıb, digəri isə həmkarını motosikletdə gözləyib.
Silahlı hücum nəticəsində ümumilikdə 68 min dollar və 17 min avro qarət olunub. Pullar prezident təyyarəsinin heyət üzvlərinin ödənişləri və nəqliyyat xərcləri üçün nəzərdə tutulubmuş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: