Argentinanın nazir müavini özüün asdı
21 Dekabr 2011 Çərşənbə 01:22
Hadisə Uruqvay paytaxtında keçirilən sammit zamanı baş verib
Argentinanın xarici ticarət nazirinin müavini intihar edib. MERCOSUR-un (Cənubi Amerika ölkələrinin ümumi bazarı) sammtində iştirak edən İvan Heynin meyiti Montevideodakı otel otağında aşkarlanıb. Nazir müavini Cənubi Amerika blokunun sammitinin açılış günü Uruqvay paytaxtındakı oteldə özünü asıb.
İnsident Latın Amerikası ticari-iqtisadi ittifaqının iştirakçılarını toplantını təxirə salmağa məcbur edib. Hadisə hamıdan daha çox Argentina prezidenti Kristin Fernandes de Kirşneri şoka salıb. Həmkarlarının sözlərinə görə, o, dərhal Argentinaya qayıtmaq üçün imkan tapmağa çalışıb.
Məmurun intiharının səbəbi məlum deyil.
33 yaşlı İvan Heyn nazir müavini vəzifəsinə bir həftə əvvəl - Kristin Fernandes de Kirşner prezident səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra təyin edilib. Onu vətənində parlaq iqtisadçı hesab edirdilər.
MERCOSUR-un Uruqvay paytaxtındakı sammitində Cənubi Amerika ölkələri ilə Fələstin arasında ticarət əlaqələri ilə bağlı saziş imzalanmalı idi.
DOSTLARINLA PAYLAŞ: