Argentinada zələzələ nəticəsində iki nəfər ölüb
28 Fevral 2010 Bazar 03:15
Argentinanın Çili ilə sərhəlində yeraltı təkanların gücü 6,3 bal olub
Argentinanın Salta şəhərində baş vermiş zəlzələ nəticəsində iki nəfər-uşaq və 70 yaşlı kişi ölüb. Daha bir neçə nəfər isə xəsarətlərlə xəstəzanaya aparılıb.
Salta şəhəri ölkənin şimal-qərbində, Çili ilə sərhəddə yerləşir. Burada yeraltı təkanların gücü 6,3 bal olub.
Yeri gəlmişkən, Çilinin əksər bölgələrində hələ də elektrik enerjisi, qaz və su yoxdur, telefonlar işləmir, binalar, eləcə də körpü və yollar dağılıb. Paytaxt Santyaqoda bütün gün ərzində metropoliten işləməyib. Şəhər rəhbərliyi bir xətt istisna olmaqla, metropolitenin bu gün işə salınacağına söz verib. Şəhərdə bir körpü uçub, üç fabrikdə yanğın olub.
Çili paytaxtındaın hava limanı işləmir. Madrid, Paris, Boqota və Panamadan gələn təyyarələr qonşu Argentinanın hava limanlarına istiqamətləndirilib. KİV-in məlumatına görə, beş beynəlxlaq reys Buenos-Ayresə eniş edib. 5000-dən artıq sərnişin otellərdə yerləşdirilib. Bir neçə təyyarə isə Argentinanın Mendos şəhərinə enib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: