Argentinada tanqo festivalı keçirilib
02 Dekabr 2012 Bazar 10:55
Festivalda 8000-ə yaxın adam iştirak edib.
Argentinanın paytaxtı Buenos-Ayresdə ənənəvi tanqo festivalı keçirilib. Festival Argentinada hər il dekabrın 11-də qeyd edilən Milli Tanqo Günü münasibətilə keçirilən tədbirlərdən ən əsası olub. Milli Tanqo Günündə isə Argentinanın ən məşhur tanqo rəqqasları Karlos Qardel və Xulio de Karonun xatirəsinə həsr olunub.

Tanqo festivalında 8000-ə yaxın adam iştirak edib. Festival üçün Buenos-Ayresin mərkəzi meydanında 3 səhnə quraşdırılıb və orkestr yerləşdirilib. Festival zamanı müxtəlif yaş kateqoriyalarına aid yüzlərlə cütlük tanqo oynayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar