Argentinada tanqo çempionatı keçirilir
11 Avqust 2011 Cümə Axşamı 12:29
İştirakçılar 5000 dollar uğrunda mübarizə aparacaqlar
Argentinanın paytaxtı Buenos-Ayres bu il 9-cu dəfə keçirilən "Dünya Tanqo Çempionatı"na ev sahibliyi edir. İki həftə davam edəcək festivalın rəsmi açılışı edilib. Festivalda dünyanın dörd-bir yanından 400-dən çox cütlük iştirak edəcək. Rəqqaslar iki rəqs kateqoriyası üzrə - "səhnə tanqosu" və "salon tanqosu" üzrə yarışacaqlar.

Ötən ilki çempionatın qalibləri Sebastyan Ximenes və Mariya Boqado festivalın açılışını elan etmək üçün səhnəyə çıxıblar. Tanqo rəqqasları bu il də 5000 dollar mükafat uğrunda mübarizəyə qatılacaqlar.

Qeyd edək ki, tanqo bir rəqs kimi XVIII əsrin sonlarında Argentinanın paytaxtı Buenos-Ayres və Uruqvayın paytaxtı Montevideoda meydana gələrək, sonradan Avropa, Amerika Birləşmiş Ştatları və Yaponiyada da məşhurlaşıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar