Argentinada bank soyğununa cəhd: azı 40 nəfər girovluqdadır
23 İyul 2010 Cümə 01:25
Cinayətkarlar bankın binasına “Coka-Cola” və pitsa gətirilməsini tələb edirlər.
Argentinada Nacion dövlət bankının filialının qarət edilməsinə cəhd olub. Silahlı qarətçilər azı 40 nəfəri girov götürüblər. Bu barədə məlumatı jurnalistlərə Buenos-Ayres əyalət polisinin başçısı Xuan Karlos Paqqi verib: “Bankın qarət edilməsinə uğursuz cəhddən sonra cinayətkarlar təxminən 40 nəfəri girov saxlamaqda davam edirlər”.

İlkin ehtimallara görə, cinayətkarlar beş nəfər olublar. Polis əməkdaşları onların bank filialını qarət etmək istədiyini gördükdən sonra cinayətkarlar atəş açıblar. Atışma zamanı qarətçilərdən üçü gizlənə bilib. Cinayətkarlardan ikisinin bankın binasında olduğu güman edilir. Basqın zamanı bankda təxminən 100 əməkdaş və ziyarətçi olub. Onların əksəriyyəti qarışıqlıqdan istifadə edərək, küçəyə çıxmağa imkan tapıblar.

C5N telekanalı ilə əlaqə saxlayan cinayətkarlardan biri-Çeto ləqəbli şəxs bildirib ki, girovların həyatı üçün təhlükə yoxdur. O, polisdən maşın və gizlənmək üçün şərait tələb edib. Cinayətkar əks təqdirdə bomba partladacağı ilə hədələyib. Bu azmış kimi, Çeto “Koka-Kola” və pitsa da istəyb. O, bir neçə hamilə qadın, uşaq və qocanı girovluqdan azad edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar