Argentina prezidentixəstəxanadan çıxıb
13 Oktyabr 2013 Bazar 21:47
Argentina prezidenti Kristina Fernandes de Kirşner başında yaranmış hemotomadan xilas olmaq üçün həkimə müraciət etmişdi.
Bir necə gün əvvəl əməliyyat olan Argentina prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan çıxıb. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, prezident həftənin çərşənbə axşamı bıçaq altına uzanıb. O, avqustda başından aldığı zədədən sonra yaranmış hemotomadan xilas olmaq üçün həkimə müraciət etmişdi.
Prezident nəvəsinin hədiyyələrini toplayarkən yıxılaraq başından xəsarət almışdı.
Əməliyyatdan sonra intensiv terapiya palatasında saxlanılıb, daha sonra o kompüter tomoqrafiyasından keçirilib və nəticələr həkimləri qane etdiyi üçün evə getməyinə icazə verilib.
Həkimlərin sözlərinə görə, əməliyyatdan sonrakı bərpa prosesi 1-1,5 ay davam edəcək.
DOSTLARINLA PAYLAŞ: