Argentina prezidenti xərçəngdən əməliyyat olundu
05 Yanvar 2012 Cümə Axşamı 02:17
Kristina Fernandesin tərəfdarları xəstəxananın qarşısına toplaşıblar.
Argentina prezidenti Kristina Fernandes de Kirşner qalxanvəri vəzindəki xərçəng şişinin götürülməsi üçün əməliyyat olunub. Prezidentin nümayəndəsinin sözlərinə görə, əməliyyat uğurlu keçib.

ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, Buenos-Ayresdəki xəstəxananın qarşısına toplaşan prezident tərəfdarları əməliyyatla bağlı xoş məlumatı alqışlarla qarşılayıblar.

Kristina Fernandes xəstəxanada daha üç gün qalacaq və iş başına üç həftədən sonra qayıdacaq. O, xəstəliklə əlaqədar səlahiyyətlərini vitse-prezident Amadu Budaya verib.

Kristina Fernandesin 58 yaşı var. O, bir müddət əvvəl seçkilərdəki inamlı qələbədən sonra prezident seçilib. Onun əri - Argentinanın keçmiş prezidenti Nestor Kirşner ötən il infarkt nəticəsində dünyasını dəyişib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar