Argentina prezidenti xərçəng oldu
28 Dekabr 2011 Çərşənbə 10:50
Argentina prezidenti xərçəng oldu. O, gələn il əməliyyat ediləcək.
Argentinanın prezidenti Kristina Fernandes de Kirşner qalxanvari vəz xərçəngi xəstəliyinə yaxalanıb. Bu barədə məlumatı onun mətbuat katibi Alfredo Skoçimarro yayıb.
ANS PRESS "Reuters"ə istinadən xəbər verir ki, dövlət başçısı yanvar ayında əməliyyat ediləcək. Hələlik şişin metostaz vermədiyi bildirilir.
Qeyd edək ki, De Kirşher oktyabr ayında ikinci müddətə prezident seçilib. 2007-ci ildən o bu postda mərhum həyat yoldaşını əvəz edir.
Tənqidçilər prezidenti sosailizmə meyillilikdə, mətbuata təyziqdə, düşünülməmiş iqtisadi siyasətdə ittiham edirlər.
DOSTLARINLA PAYLAŞ: