Aral gölünün 90 faizi quruyub
06 Aprel 2010 Çərşənbə Axşamı 01:40
BMT baş katibi bu hadisənin dünyanın ən böyük ekoloji fəlakəti olduğunu deyib.
Dünyanın ən böyük göllərindən biri olan Aral gölü qurumaq üzrədir. Statistik məlumatlara görə, gölün suyu son 50 ildə quruyaraq 90 faiz azalıb. Regionda səfərdə olan BMT baş katibi Ban Ki Mun hadisənin böyüklüyünü, “Aral gölünün quruması dünyanın ən böyük fəlakətlərindən biridir” sözü ilə ifadə edib. Baş katib helikopterlə gölə keçirdiyi baxışdan sonra jurnalistlərə bu yerin göl yox, sadəcə gəmi qüəbristanı olduğunu deyib.
Gördüyü mənzərə qarşısında şok olduğunu bildirən Ban Ki Mun dünya liderlərini aralarındakı anlaşmazlıqları bir tərəfə qoyaraq Aral gölü üçün tədbirlər görməyə çağırıb və bu təşəbbüsə BMT-nin də dəstək verəcəyini bildirib.
Qeyd edək ki, bir vaxtlar dünyanın 4-cü böyük gölü olan Aral sovet ittifaqı dövründə regionda istehsal olunan pambıq istehsalını artırmaq üçün gölə tökülən çayların məcrasının dəyişdirilməsi ilə qurumağa başlamışdı. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: