Apellyasiya məhkəməsində dava düşdü
08 Avqust 2014 Cümə 01:21
Hadisə iştirakçılarından biri bədən xəsarəti ilə hospitala çatdırılıb.
Ermənistanın Apellyasiya məhkəməsinin iclasının gedişatında dava düşüb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatı məlumat verib.
Tərəflər arasında yaranmış mübahisə bir az keçdikdən şonra davaya keçib. İş o yerə çatıb ki, hadisə iştirakçılarından biri bədən xəsarəti ilə İrəvanın "Erebuni" hospitalına çatdırılıb.
Zərər çəkən Ermənistanın Ararat rayonunun Surenavan kəndinin 40 yaşlı sakinidir.
Hadisənin iştirakçılarından biri polisə gətirilib.
DOSTLARINLA PAYLAŞ: