Aparıcılar Fatih Altaylı və Murad Bardaqçı canlı yayımda milçək ovladı
25 İyun 2011 Şənbə 07:26
Tanınmış aparıcı Fatih Altaylı qorxudan studiyadan qaça biləcəyini deyib.
Türkiyənin “Habertürk” kanalında ötən axşam canlı efir vaxtı qeyri-adi hadisə baş verib. “Təkə Tək” verilişinin aparıcıları Fatih Altaylı və Murad Bardaqçı canlı yayım vaxtı studiyada milçək qovub. Proqramın qonağı 17-ci çağırış Türkiyə parlamentinin spikeri, 2 çağırış deputat olmuş və bir müddət ölkə prezidentini əvəz etmiş Hüsaməddin Cindoruk olub.

Studiyaya girən milçək isə Altaylını qorxudub. Belə ki, tanınmış jurnalist qorxudan qaça biləcəyini deiyb: “Bir azdan qorxaraq burdan qaça bilərəm. Ömrümdə belə böyük milçəyi ilk dəfə görürəm. Təyyarə kimidir”.

Fatih Altaylının üstünə uçan “təyyarə” kimi milçəyi isə digər aparıcı Murad Bardaqçı əlindəki kağızarla “zərərsizləşdirib”.

Siyasi gündəmin müzakirə olunduğu studiyaya isə bir anda milçək mövzusu hakim olub. İki aparıcı qonağın təəccüblü baxışları altında milçəyi müzakirə edib. Fatih Altaylı isə zarafatla bu milçəyin studiyanın redaktoru Yiğit Bulud tərəfindən bəsləndiyini və veriliş vaxtı ortaya buraxıldığını deyib. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar