Aparıcı Səudiyyə Ərəbistanını qarışdırdı
05 Avqust 2014 Çərşənbə Axşamı 10:14
Səudiyyə Ərəbistanı dövlət televiziyasında bir ilk yaşanıb. Aparıcılarından biri başı açıq və niqabsız canlı yayımda çıxış edib.
Səudiyyə Ərəbistanı dövlət televiziyasında bir ilk yaşanıb.

ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyasında xəbər aparıcılarından birinin başı açıq və niqabsız canlı yayımda çıxış etməsi ölkədə böyük səs-küyə səbəb olub.

Televiziyaya qarşı çox sayda qınaq mesajları göndərilib. TV-nin mətbuat katibi Salih Al Muqahilif isə etdiyi açıqlamada yaranan bu vəziyyətə görə tamaşaçılardan üzr istəyib.

“Aparıcı xəbərləri Londondakı studiyadan təqdim edib. Bu bir yayım səhvidir, bir daha olmayacaq. Bizim inanclarımıza görə günah olan bir şeyin nə televiziyamızda, nə də ölkəmizdə baş verməyinə icazə vermərik. Hamı buna inansın.” – deyə, televiziyanın mətbuat katibi açıqlamasında bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “Əl-Əkbəriyyə” dövlət televiziyası 2004-cü ilin yanvar ayında fəaliyyətə başlayıb və yayımlandığı ilk gündən xəbər aparıcıları olan qadınlar başı bağlı və niqabda efirə çıxıblar.



DOSTLARINLA PAYLAŞ:

oyunlar