Aparıcı 8 şəhid xəbərindən sonra mahnı oxudu
07 Avqust 2012 Çərşənbə Axşamı 01:58
Aparıcının istifadə etdiyi mikrofon unudularaq bağlanmadığı üçün onun oxuduğu mahnı efirdə eşidilib.
Türkiyənin “NTV” kanalının aparıcısı canlı yayımda qalmaqallı bir addım atıb. Ölkə mətbuatının yaydığı məlumata görə, efirdə xəbəri səsləndirən aparıcı Nur Tuba Algül kadrların nümayişi vaxtı mahnı oxuyub. Hadisə, 8 Türkiyə hərbçisinin şəhid olması barədə xəbərlər oxunduğu vaxt baş verib.

Qeyd edək ki, Nur Tuba Algül Hakkarida 8 əsgərin terror qurbanı olması barədə xəbəri səsləndirib. Xəbərlə əlaqəli kadrların nümayişi vaxtı isə aparıcının istifadə etdiyi mikrofon unudularaq bağlanmadığı üçün onun oxuduğu mahnı da efirdə eşidilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar