AP Abxaziya və Cənubi Osetiya ilə bağlı qətnamə qəbul etdi
18 Noyabr 2011 Cümə 11:39
Sənəddə bu ərazilərin işğala məruz qaldıqları öz əksini tapıb.
Avropa Parlamenti (AP) Rusiyanı Gürcüstan ərazisini işğaldan azad etməyi, qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırıb. ANS PRESS-in “Qruziya-Online” saytına isinadən verdiyi məlumata görə, AP-də adıçəkilən qətnamənin qəbul edilməsinin lehinə 527 deputat, əleyhinə isə 23 deputat səs verib.
34 deputat isə bu məsələdə bitərəf qalmağa üstünlük verib. Polşalı avroparlamentari Kşiştof Lisekin hesabat əsasında hazırladığı sənəddə isə Avropa Birliyinə (AB) Abxaziya və Tsxinvali regionlarının işğal altında olduqlarının tanınması ilə bağlı müraciət ünvanlanır. Sənəddə həmçinin AB-yə Rusiya ilə bu ərazidə atəşkəsin əldə olanması ilə bağlı danışıqlara başlamağı da tövsiyyə olunur.
Qeyd edək ki, AP Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal alında olduğunu qəbul etsə də Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağla bağlı eyni sənədi qəbul etməyə görünür tələsmir. AP Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini və bədnam qonşularımıza Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmağa təzyiq göstərməyə o qədər də meyl göstərmir. Halbuki, AP-nin Dağlıq Qarabağla bağlı bu qəbildən qərarı münaqişənin ədalətli həllini sürətləndirə bilər.
DOSTLARINLA PAYLAŞ: