Antarktidada qorxulu çat
03 Noyabr 2011 Cümə Axşamı 17:53
Pine Adası buzlağından nəhəng bir parça qopmağa başlayıb.
Antarktidanın buzlaqlarından birində böyük çat təsbit edilib. NASA "Ice Bridge" adlı əməliyyatı çərçivəsində Antarktidadakı Pine Adası buzlağından nəhəng bir parçanın qopmağa başladığını ortaya çıxarıb.

Araşdırmaçılar Antarktidanın qərbindəki Pine Adası buzlağının altından keçən isti su axınları səbəbiylə normadan böyük sürətlə əriyərək parçalandığını açıqlayıblar. Çat Hadson dağlarından Amundsen dənizinə qədər 48 kilometr uzanır. Təxminən 880 kvadrat kilometr sahəyə malik buz təbəqəsinin bir müddət sonra ana torpaqdan qopması gözlənilir.

Pine Adası buzlağından 2007-ci ildə də böyük bir parça qopmuşdu. Elm adamları buzlaqlardan qopan parçaların dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağını demişdilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar