Antalyada meşə yanğınları baş verib
13 İyul 2012 Cümə 10:05
Yanğın ocaqları 20 kvadrat kilometr sahədə ağacları məhv edib.
Türkiyənin Antalya şəhərində baş verən meşə yanğınları bölgənin turistik məkanlarından olan Kəmər turizm mərkəzinə xeyli ziyan vurub. Türkiyə rəsmilərinin verdiyi məlumata görə, yanğını söndürmək mümkün olsa da, yanğın ocaqları 20 kvadrat kilometr sahədə ağacları məhv edib.
Yanğın zamanı yanğınsöndürənlərin vaxtında müdaxilə etməsi alovların yaxınlıqda yerləşən turist düşərgələrinə yayılmasının qarşısını alıb. Bununla belə, düşərgəyə gedən yolların ensiz olması yanğınsöndürənlərin işini çətinləşdirib. Yanğın yerinə dərhal helikopterlər cəlb olunub. Həmçinin, bölgə sakinləri də yanğının söndürülməsinə kömək ediblər.
DOSTLARINLA PAYLAŞ: