Antalyada gül festivalı keçirilib
22 May 2011 Bazar 10:48
Parad zamanı 2 milyon çiçək paylanıb.
Türkiyənin Antalya şəhərində bu il yeddinci dəfədir ki, "Gül festivalı" keçirilib. Rəngarəng görüntülərə səhnə olub. Festival "Dünyanın çiçəkçiləri Antalyada göürüşür" şüarı altında keçirilir. Antalya şəhər bələdiyyəsinin təşkil etdiyi təntənəli paradda bir-birindən rəngarəng çiçəklərlə bəzədilmiş avtomobillərdən ibarət karvan keçib.
Parad zamanı yerli və xarici turistlərə 2 milyon çiçək paylanıb. Avtomobil karvanının Cümhuriyyət Meydanına gəlməsi ilə insanlar arasında izdiham yaşanıb. Meydandakılar paylanan çiçəklərdən almaq üçün bir-biri ilə yarışıblar. Gül festivalı xalq oyunları və müxtəlif rəqslərlə başa çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: