Antalya sahillərində akula görülüb
02 Avqust 2012 Cümə Axşamı 04:48
Həvəskar balıqçı 2 metrlik akulanı tilovla tutub.
Türkiyənin məşhur kurort şəhərlərindən biri olan Antalyada akula yaxalanıb. “Milliyet” qəzetinin məlumatına görə, akulanı həvəskar balıqçı Əmrah Metin tilovla Antalyanın Qazipaşa rayonu sahilində tutub. Əsas peşəsi musiqi müəllim olan Əmrah Metin tilovunda akula gördüyündə qorxduğunu bildirib.

“Qazipaşa sahillərində dostlarımla özümə aid qayıqda balıq ovuna çıxmışdıq. Birdən tilova ağır bir şey ilişdi. Balıq olduğunu güman etməsək də dostlarımla birlikdə tilovu dartıb çıxardıq. Tilovun ucunda böyük bir akula görəndə isə çox qorxduq. Təxminən 1 saat əlləşərək onu qayığa çıxardıq” – deyə Əmrah Metin bildirib.

Qeyd edək ki, akulanın 2 metr uzunluqda və 150 kq ağırlıqda olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar