Anqola və Zimbabve Qəddafiyə sığınacaq verməyə hazırdırlar
22 Avqust 2011 Bazar Ertəsi 12:00
Hazırda danışıqlar gedir
Аnqola və Zimbabve Liviya lideri Müəmmar Qəddafini qəbul etməyə hazırdırlar və onun üçün Tripolidən çıxış planı hazırlayırlar. Bu narədə Al Jazeera telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ölkələr və Qəddafinin adamları arasında danışıqlar gedir.

Amma hələlik, Qəddafinin şəhərdən çxıa biləcəyi məlum deyil.

Bundan əvvəl bütün KİV-lər France Press agetnliyinə istinadən xəbər verirdilər ki, Qəddafi Tacur şəhərindəki xəstəxanada deyil, paytaxt Tripolinin Bab-əl-Əziziyə rayonundakı iqamətgahındadır.

Liviya üsyançıları paytaxt Tripoliyə hücum ediblər. Paytaxtın 95 faizi artıq üsyançıların əlindədir. Dünyanın bir çox yerlərində yaşayan Liviyalı mühacirlər isə üsyançıların paytaxt Tripoliyə daxil olmasını bayram edirlər. Londonda yüzlərlə liviyalı küçəyə çıxıb. Misirin paytaxtı Qahirədə də Liviya səfirliyi qarşısında insanlar toplaşıb.

Ən son məlumata görə, üsyançılar Bab əl-Əziziyə rayonunda Qəddafinin bunkerinin ətrafında qızğın döyüşlərə girişiblər. Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar