Anqela Merkel yenə də biabır oldu
30 May 2012 Çərşənbə 06:28
Almaniya kansleri Anqela Merkel xəritədə Berlin əvəzinə Rusiyanı göstərdi.
Almaniyanın kansleri Anqela Merkel paytaxt Berlindəki məktəblərdən birində olub və coğrafiya dərsində iştirak edib. Müəllimlə birlikdə lövhəyə çıxan Merkel ölkə sərhədlərinin göstərilmədiyi xəritədə Berlini tapmağa çalışıb. Bu vaxt müəllimlə ölkə rəhbəri arasında maraqlı dialoq baş verib.

Qeyd edək ki, Merkel əlindəki göstərici ilə Berlin əvəzinə Rusiyanın mərkəzini göstərib.
Müəllim: Səhvdir.
Merkel: Bəs onda mənim göstərdiyim yer haradır?
Müəllim: Rusiya.
Merkel: (Təəccüblə) Rusiya? O qədər yaxındırmı?

Jurnalistlər tərəfindən video ilə çəkilən bu görüntülər az vaxt ərzində virtual dünyada – sosial şəbəkələrdə sürətlə yayılıb.

Xatırladaq ki, bu, Anqela Merkelin biabır olduğu ilk görüntülər deyil. Almaniya kansleri bir müddət əvvəl Bundestaqda qulağına soxduğu şəhadıt barmağını ağzına qoymuş və peşəkar bir foto-müxbir tərəfindən çəkilən bu görüntülər də internetin fenomeni olmuşdu.




DOSTLARINLA PAYLAŞ:

oyunlar