Almaniya kansleri Anqela Merkelin şəklindən çimərlik geyimləri reklamlarında istifadə olunub. ANS PRESS-in “Deutsche Welle”yə istinadən verdiyi məlumata görə, reklamlarda Merkellə yanaşı ölkə siyasətindəki digər əhəmiyyətli insanların da şəkillərindən istifadə olunub. Geyimlərin istehsalı ilə məşğul olan şirkətin endirim mövsümünü elan etmək üçün hazırladığı reklam afişalarında siyasətçilərin ancaq başlarından istifadə edilib. Onların bədənləri kompüter qrafikası ilə hazırlanhıb. Şirkət rəsmiləri bununlada bazarlarını canlandırmağı düşünürlər. /ANS PRESS/