Ankarada polislə etirazçılar toqquşur
01 Aprel 2014 Çərşənbə Axşamı 21:55
Türkiyənin Mərkəzi Seçki Komissiyası mübahisə yaranan məntəqələrdə səslərin təkrar sayılması barədə qərar qəbul edib.
Türkiyədə seçki saxtakarlığına qarşı etirazlar başlanılıb.
ANS PRESS-in məlumatına görə, Ankarada polis Mərkəzi Seçki Komissiyasının binasının qarşısında keçirilən etiraz aksiyasını dağıtmağa çalışır.
Asayiş keşikçiləri etirazçılardan nəqliyyatın hərəkətinə mane olmamaq üçün dağılışmağı tələb edib. Bundan sonra polis su şırnaqları və səs bombalarından istifadə edib.
MSK bu gün mübahisə yaranan məntəqələrdə səslərin təkrar sayılması barədə qərar qəbul edib.
Qeyd edək ki, martın 30-da keçirilən bələdiyyə seçkilərində 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.
DOSTLARINLA PAYLAŞ: