Ankarada ikinci partlayış baş verib
04 Fevral 2011 Cümə 00:35
Eyni yerdə baş verən iki partlayış nəticəsində 8 nəfər ölüb, 42 nəfərin yaralanıb
Türkiyə paytaxtının OSTİM sənaye şəhərciyində ikinci partlayış baş verib. “İvedik” boya fabrikindəki partlayış nəticəsində 1 nəfər həlak olub, 15 adam yaralanmış, ətrafdakı avtomobillər yanaraq külə dönüb. Polis hadisə yerində təhqiqat aparır. Yaralılar Ankaradakı xəstəxanalara yerləşdiriliblər. İkinci partlayışın baş verməsi təxribat ehtimalını gündəmə gətirib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hadisə yerinə gələrək, Ankara valisindən məlumat almışdır.
Xatırladaq ki, ötən gün OSTİM sənaye şəhərciyində generator istehsal edən zavodda baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb. Beləliklə, eyni yerdə baş verən iki partlayış nəticəsində 8 nəfər ölüb, 42 nəfərin yaralanıb.
DOSTLARINLA PAYLAŞ: