Ankara ilə Paris arasındakı gərginlik daha da artacaq
04 Yanvar 2012 Çərşənbə 17:40
Yanvarın sonunda "erməni soyqırımı" ilə bağlı qanun layihəsi Fransa Senatına göndəriləcək.
Fransa hökuməti qondarma “erməni soyqırımı”nın inkarına görə cəza nəzərdə tutan qanun layihəsini yanvarın sonunadək Senata göndəriləcəyini bəyan edib. Xatırladaq ki, dekabrın 22-də qanun layihəsi Fransa parlamentinin aşağı palatası tərəfindən qəbul edildikdən sonra Ankara özünün Fransadakı səfirini geri çağırmış və iqtisadi sanksiyaların tətbiq ediləcəyinə dair xəbərdarlıq etmişdi.
Yeni qanun layihəsi Osmanlı imperiyasında ermənilərin “soyqırım”a məruz qalması iddialarının inkar edilməsinə görə 1 il həbs cəzası, yaxud 45 min avro həcmində cərimə nəzərdə tutur. Bəzi politoloqların fikrincə, Fransa Senatı müvafiq olaraq aprel və iyun aylarında keçiriləcək prezident və parlament seçkilərinə qədər bu qanun layihəsini qəbul etməyə tələsməyəcək.
DOSTLARINLA PAYLAŞ: