Ankara Hillari Klintondan inciyib
06 İyul 2010 Çərşənbə Axşamı 22:25
Türkiyə Amerikaya öz etirazını bildirib.
Türkiyə ABŞ dövlət katibi Hillari Klintonun Ermənistan paytaxtındakı “soyqırım” abidəsini ziyarət etməsi ilə bağlı etirazını Vaşinqtona çatdırıb. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin "TGRT" televiziyasına müsahibəsində deyib. O, Klintonun abidəni ziyarətinin rəsmi deyil, şəxsi xarakter daşıdığını, lakin Türkiyənin bundan narazı qaldığını söyləyib.

Nazir ziyarət zamanı ABŞ nümayəndə heyətinin hər hansı şifahi və yazılı açıqlama ilə çıxış etmədiyini də söyləyib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar