Amerika aktrisası Ancelina Coli Nyu-Yorkda film çəkilişi zamanı xəsarət alıb. ANS PRESS, “Associated Press” agentliyinə istinadən xəbər verir ki, məlumatı “Columbia Pictures” kinoşirkəti təsdiqləyib. Şirkətdən bildiriblər ki, Ancelina Coli yıxılıb və başından zərbə alıb. Bundan sonra aktrisanı xəstəxanaya aparıblar.
Tibbi müayinə zamanı Ancelina Colinin səhhətində ciddi problemə rast gəlinməyib və aktrisa çəkiliş meydançasına qayıdıb. /ANS PRESS/