Angela Merkelin telefon danışıqlarını dinləmək mümkün olmayacaq
17 Noyabr 2009 Çərşənbə Axşamı 01:50
Almaniya kansleri Angela Merkel üçün xüsusi çip kartlı yeni telefon sifariş edilib
Bu ay Almaniyanın kansleri Angela Merkelə danışıqların dinlənməsi mümkün olmayan yeni cib telefonu veriləcək. İçərisində “Kripto-prosessor” adlanan çip kartın yerləşdirildiyi cib telefonu ilə edilən zənglərin və göndərilən SMS-lərin izlənilməsi mümkün deyil.
Angela Merkelin cib telefonundan, o cümlədən qısa ismarışlardan tez-tez istifadə etdiyi bildirilir. O, Almaniya əyalətlərinin başçılarını, o cümlədən, Fransa prezidenti Nikola Sarkozi və Avropa Komissiyasının prezidenti Joze Manuel Barossoya cib telefonu ilə zənc edir. “Bild” qəzetinin məlumatına görə, Angela Merkel bu danışıqlarının dinlənilməsini əngəlləmək üçün yeni çip kartlı telefondan istifadə etmək qərarına gəlib.
Dəyəri 2600 avro olan Nokia 63 telefonundan Almaniya Xarici İşlər Nazirliyi üçün 5250 ədəd sifariş edilib. Qısa vaxt ərzində ölkədəki bütün nazirlərə və dövlət məmurlarına çip kartlı telefonlardan paylanacaq. Bununla da dövlətlə bağlı gizli danışıqların dinlənilməsinin qarşısının alınması planlaşdırılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: