Angela Merkel Barak Obama ile telefonla danışdı
04 İyul 2014 Cümə 19:39
Almaniya kansleri Angela Merkel Ukraynada baş veren hadiselerle bağlı ABŞ prezidenti Barak Obama ile fikir mübadilesi aparıb.
ANS PRESS-in melumatına göre, Merkel Ukrayna prezidenti Petro Poroşenko ve Fransa prezidenti Fransua Ollandla telefon söhbetinin mezmununu Obamaya danışıb.

Ukrayna prezidenti Petro Poroşenko ve Fransanın başçısı Fransua Ollandla telefon söhbetinin gedişatında Almaniya kansleri Angela Merkel bildirib ki, o, Ukraynadakı veziyyetle bağlı informasiyanı ABŞ prezidenti Barak Obama ile bölüşür.

"Angela Merkel bildirdi ki, o, başqa dövletlerin liderleriyle telefon söhbetlerinde Ukrayna mövzusunu feal müzakire edir", - deye Ukrayna prezidentinin resmi saytında yazılıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar