Andres Herkel AŞPA Monitorinq Komitəsinin sədri seçilib
25 Yanvar 2012 Çərşənbə 15:26
Yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının üzv dövlətlərin öhdəliklərinin yerinə yetirilməsinə dair komitəsinin (Monitorinq Komitəsi) iclasında qurumun sədri postuna seçki keçirilib.
APA-nın Avropa bürosunun xəbərinə görə, estoniyalı Andres Herkel səs çoxluğu ilə AŞPA Monitorinq Komitəsinin sədri seçilib.
Xatırladaq ki, A. Herkel AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olub. Monitorinq Komitəsinin bundan əvvəlki sədri isveçrəli deputat Dik Marti idi.
DOSTLARINLA PAYLAŞ: