Andranikin Soçidəki heykəli söküldü
30 May 2011 Bazar Ertəsi 18:25
Yerli erməni icması bunu Azərbaycanın və Türkiyənin şəhər rəhbərliyinə təzyiqlərinin nəticəsi hesab edir.
1918-ci ildə azərbaycanlıların soyqırımında mühum rol oynamış daşnak generalı Andranik Ozanyana Soçidə qoyulmuş heykəl hakimiyyətin sərt təzyiqindən sonra mayın 27-də sökülüb. Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumatda bildirilir ki, Soçinin Lazarevsk rayonunda Rusiya erməniləri ittifaqının təşəbbüsü ilə bir müddət əvvəl qoyulmuş bu heykəl cəmi bir neçə gün qalıb.
Yerli erməni icması heykəlin sökülməsini Azərbaycanın və Türkiyənin Soçi rəhbərliyinə təzyiqlərinin nəticəsi hesab edir. Heykəlin sökülməsindən qəzəblənən yerli erməni icması bu gün Krasnodara gələn erməni katolikosu 2-ci Qaragenlə görüşmək niyyətindədirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: