Anders Foq Rasmussen hələ də ruslara inanmır
22 May 2014 Cümə Axşamı 18:33
NATO-nun Baş katibi Anders Foq Rasmussen öz Tvitter səhifəsində Ukrayna ilə Rusiya sərhəddində bu gün baş verən hadisələr barədə yazıb.
ANS PRESS-in məlumatına görə, NATO-nun Baş katibi “Biz Ukrayna sərhədlərində rusların məhdud sayda aktivliyini gördük, onların bir hissəsi geriyə çəkilməyə hazırlaşırdı” – fikrini yazıb.

NATO-nun Baş katibi Anders Foq Rasmussenin fikrincə, hələlik hansısa nəticəyə gəlmək tezdir.

“Lakin mən inanmaq istəyirəm ki, bu, ordunun çıxarılmasının başlanğıcı və həqiqi görüntüdür. Çünki əvvəllər Ukrayna sərhəddinə yerləşdirilmiş Rusiya hərbi qüvvələri hələ də sərhəddin yaxınlığındadırlar”- deyə, baş katib fikrini təsdiq edib.

Və sonda yazıb ki, Rusiyanın bu istiqamətdə silahlı qüvvələrini geri çəkməsi onun doğru yolda olduğunu göstərəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar