Ancelina Coli Türkiyədədir
17 İyun 2011 Cümə 21:16
Ancelina Coli Hatay şəhərində sığınacaq tapan suriyalı qaçqınlara kömək etmək niyyətindədir.
Məşhur Hollivud ulduzu, BMT-nin xoşmərmalı səfiri Ancelina Coli bu gün Türkiyəyə gəlib. Aktrisa Suriya ilə sərhəddəki Hatay şəhərindədir. Onun səfərinin məqsədi Suriyadakı toqquşmalardan canını qurtarıb Türkiyədə sığınacaq tapan suriyalı qaçqınlara kömək etməkdir.
Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, səfərin 5 saata yaxın davam edəcəyi bildirilir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri olan Ancelina Coli qaçqınların düşərgəsinə baş çəkəcək.
Hazırda Türkiyədə 8,5 mindən çox Suriyadan olan qaçqın var və onlar sərhədyanı Hatay vilayətində çadır şəhərciyində yerləşdiriliblər.
Qeyd edək ki, sonuncu dəfə A. Coli Liviya-Tunis sərhədinə ziyarət edərək oradakı düşərgəyə baş çəkmişdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: