Ancelina Coli Türkiyədə Altınozu düşərgəsinə baş çəkib
18 İyun 2011 Şənbə 10:28
Hollivud ulduzu Ancelina Coli suriyalı qaçqınların vəziyyəti ilə yaxından maraqlanıb.
Ötən gün Türkiyəyə gələn Hollivud ulduzu Ancelina Coli Suriyalı qaçqınların məskunlaşdığı Altınozu düşərgəsinə baş çəkib. Xüsusi təyyarədə İstanbuldan Hatay vilayətinə gələn Ancelina Coli sonra cangüdənləri və yerli rəsmilərin müşayiəti ilə çadır düşərgəsinə gedib. Orada yüzlərlə insan Ancelina Colini üzərində «Xoş gəlmisən, dünyanın səmimi mələyi!» ifadəsi yazılmış plakatla qarşılayıblar. BMT-nin xoşməramlı səfiri və aktrisa Ancelina Coli 1870 nəfərin məskunlaşdığı qaçqın düşərgəsində 2 saat yarım vaxt keçirib və oranın sakinləri ilə söhbət edərək onların vəziyyəti ilə yaxından tanış olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar