Ancelina Coli indi də İtilayanın Lampeduza adasındadır
20 İyun 2011 Bazar Ertəsi 09:55
Ancelina Coli Liviya və Tunisdən qaçqınları qəbul etdiklərinə görə Lampeduza sakinlərinə təşəkkür edib.
Hollivud ulduzu və BMT-nin xoşməramlı səfiri Angelina Coli Tunis və Liviyada ixtişaşlardan insanların qaçdığı İtaliyanın Lampeduza adasına gəlib. Ancelina Coli Lampeduza sakinlərinə təxminən 20 minədək qaçqını qəbul etdiklərinə görə təşəkkür edib. O, qaçqınların qaldığı mərkəzə baş çəkərək onlarla söhbət edib və qaçqınlıq zamanı ölən insanların xatirəsinə təşkil olunmuş tədbirə qatılıb.

Regionda səfərdə olan BMT-nin qaçqınlar üzrə rəsmisi Antonio Quterres isə Avropa ölkələrini qaçqınlar üçün qapılarını açıq saxlamağa çağırmağa hazırlaşdığını deyib.

Xatırladaq ki, Ancelina Coli bundan iki gün əvvəl Türkiyənin Suriya ilə sərhəddinə baş çəkərək orada sığınacaq tapmış minlərlə suriyalı qaçqının vəziyyəti ilə tanış olub. Apreldə isə məşhur akrisa Liviyadakı əməliyyatlarla əlaqədar qaçqın böhranı yaşayan Tunisə baş çəkmişdi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar