Ancelina Coli Əsəd ailəsinin yazxın dostu imiş
21 İyun 2011 Çərşənbə Axşamı 05:54
Ancelina Coli və Bred Pitt 2 il əvvəl Əsəd ailəsinin qonağı olub.
Türkiyənin Hatay vilayətindəki çadır şəhərciyini ziyarət edərək beynılxalq ictimaiyyətin diqqətini bu əraziyə cəlb edən BMT-nin xoş məramlı səfiri Ancelina Colinin Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədlə yaxın rəfiqə olduğu məlum olub. “Vogue” jurnalında Əsma Əsədin profilində Ancelina Coli və Bred Pitti cütlüyünün 2009-cu il Suriya səfəri barədə ətraflı məlumat verilib. Xəbərdə Əsma Əsədin Suriyaya sığınan İraq və Fələstindən olan qaçqınlara göstərdiyi qayğının Colidə xoş təəssürat yaratdığı bildirilir.

Jurnalda təhlüksizlik tədbirlərinin az olduğunu hesab edən Coli –Pitt cütlüyü ilə Əsəd cütlüyü arasında baş vermiş maraqı bir hadisə də qeyd edilib. Hadisə Suriya birinci xanımı Əsma Əsədin dili ilə yazılıb: “Həyat yoldaşım (Bəşər Əsəd) bizi avtomobillə yemək ziyafətinə aparırdı. Yolda Bred Pittin narahat olduğunu sezdim. Arxaya dönərək, “problem var?” – deyə soruşdum. “Cangüdənləriniz hardadır?” – dedi. Mən isə ona zarafatla cavablar verdim: “Bu qadını görürsən? Biri odur. Digəri isə yolu keçməyə çlışan bu qoca kişi.””.

Məlumata görə, avtomobildə olan hər iki cütlük bu zarafata gülüşüb. Bəşər Əsəd isə “Deyəsən Bred cangüdənlərini təlim üçün buraya göndərmək istəyir” – deyərək bu zarafatda iştirak edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar