Anam məni tərk etdi, bu günahdırmı?
26 İyul 2014 Şənbə 10:16
Türkiyənin tanınmış ilahiyyatçısı professor Nihat Hatoipoğluna aparıcılıq etdiyi proqramda azyaşlı bir uşaq qeyri-adi sualla müraciət edib.
ANS PRESS-in yerli mətbuata istinadən verdiyi xəbərə görə, sual qarşısında, çəkiliş meydanında olanlar göz yaşlarını saxlaya bilməyib.

Uşaq, “Anam 2.5 yaşımda məni tərk edib gedib. Bu günahdırmı?” – deyə soruşub.

Din xadimi uşaqdan kimlə yaşadığını soruşub. Azyaşlı isə nənəsi və babası ilə yaşadığını deyib.

“Nənənin və babanın əllərindən öpürəm. Allah onlardan razı olsun. Amma bir ana 2.5 yaşlı övladını tərk etməməlidir. Ərdən ayrılmaq olar, sevməmək olar, dava edə bilərsən, amma uşağı tərk etmək olmaz. 2 gözəl insan bu uşağa baxıb. Bəs onlar olmasaydı necə olardı? Bu uşaq narkotik istifadəçisi olar. Körpü altında böyüyənlər belə ailələrin uşaqlarıdır” – deyə Nihat Hatipoğlu bildirib.

Bunun günah olduğunu deyən din xadimi azyaşlıya, nənəsinə və babasına dua etməyi məsləjət görüb.

“Bu böyük günahdır. Ama sən o günahı, ananın elədiklərini unut. Sənin yanında çox gözəl nənən və baban var. Onları çox sev. Əllərini qaldıranda, “Allahım, nənəmə və babama, mənə elədikləri yaxşılığın qarşılığında sən də onlara mərhəmət et” – de. Narahat olma. Səni Allah qoruyacaq. Onsuzda qoruyub. Bu gözəl insanları da axirətdə qoruyacaq”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar