Analoqu olmayan stansiya işə düşdü
21 Avqust 2010 Şənbə 12:10
Buşehr AES-nin tam istifadəsi ilin sonunda mümkün olacaq.
İranın Fars körfəzi sahillərində yerləşən Buşehr atom elektrik stansiyası fəaliyyətə başladı.
Mərasimi açıq elan edən Rusiyanın atom enerjisi üzrə dövlət korporasiyası - “Rosatom”un rəhbəri Sergey Kirienko bildirib ki, “bu gün biz Buşehrdə atom stansiyasının fiziki buraxılış mərhələsinə başlayırıq”.

O bunun həm Rusiya, həm də İran mütəxəssisləri üçün xüsusi gün olduğunu vurğulayıb.

“Buşehr atom stansiyasının layihəsi - nadir layihədir, dünyada analoqu yoxdur. Bu stansiyanın inşası 1974-cü ildə başlanıb. Bu layihənin unikallığı ondan ibarətdir ki, mütəxəssislər 30 il əvvəl almanlar tərəfindən istehsal olunan avadanlıqlardan istifadə etməklə köhnə özüllər üzərində stansiya yaratmağa müvəffəq olublar. Bu 36 illik gözləməni nəzərə alsaq, Buşehr AES-nin istifadəyə verliməsini İran xalqı üçün rəmzi saymaq olar”, - deyə “Rosatom”un rəhbəri bildirib.

İranın vitse-prezidenti, Atom Enerjisi üzrə Təşkilatın rəhbəri Əli Əkbər Salehi öz növbəsində bu günü yadda qalan və tarixi gün adlandırıb.

Kirienko stansiyaya baxış zamanı bildirib ki, İranın Buşehr AES-nin enerji buraxılışı isə 2010-cu ilin sonunadək baş tutacaq.

“Hər şey müəyyən edilmiş cədvəl üzrə gedir” - deyə o qeyd edib və əlavə edib ki, cədvəl şənbə günü keçirilən müşavirədə İran tərəfi ilə müzakirə olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar