Çində ana sarışın olduğu üçün uşağını küçəyə atdı
25 Noyabr 2010 Cümə Axşamı 06:35
Ölkədəki tək uşaq siyasəti səbəbilə ana cərimə olunmamaq üçün həm sarışın, həm də qız olan körpəsini küçəyə atıb
Çinin Nanniq şəhərində dünyaya gələn körpə həm qız, həm də sarışın olduğu üçün anası tərəfindən küçəyə atıldı. Qeyd edək ki, ailə planlaması səbəbilə övlad sayının tək uşaqla məhdudlaşdırılması Çində bir çox ailəni qız övladdan imtina etməyə vadar edir. Bundan başqa Çinin bir çox yerində sarışın uşağın uğursuzluq gətirdiyi inancı var.
“Daily Mail” qəzetinin məlumatına görə, küçədən tapılan körpənin üzərində 3 900 yuan (469 manat) pul və məktub tapılıb. Məktubda, “Yaxşı ürəkli bir insanın bu körpəni bir uşaq evinə verəcəyini ümid edirəm. Ən yaxşı arzularımla” – yazılıbmış.
Polis rəsmiləri ölkədəki tək uşaq siyasəti səbəbilə ananın cərimə olunmamaq üçün həm sarışın, həm də qız olan körpəsini küçəyə atdığını deyib.
DOSTLARINLA PAYLAŞ: