Ana müxalifət liderinin 1 aprel zarafatı
02 Aprel 2011 Şənbə 04:06
“Artıq səhərə yaxın hücum edilərək heç kimin evində axtarış olmayacaq”
Türkiyə ana müxalifətinin lideri CHP-nin (Cumhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu xalqla 1 aprel zarafatı edib. Məlumata görə, ötən gün müxalifətçi lider iqtisadiyyatçı jurnalistlərlə mətbuata qapalı iclas keçirib. İclasdan sonra jurnalistlərin suallarına cavab verən Kamal Kılıçdaroğlu onu görməyə gələn ölkə vətəndaşları ilə salamlaşıb. Sakinlərlə bir müddət söhbət edən Kılıçdaroğlu onlarla 1 aprel zarafatı da edib: “Cənab baş nazir açıqlama verərək, artıq səhərə yaxın hücum edilərək heç kimin evində axtarış olmayacağını deyib”.

Vətəndaşların təəccübləndiyini görən Kamal Kılıçdaroğlu bunun 1 aprel zarafatı olduğunu deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar