Ana 50 ildən sonra qızı ilə görüşdü
01 Yanvar 2010 Cümə 20:10
Ana 50 ildən sonra qızı ilə görüşdü. Hadisə Amerikada baş verib.
ABŞ sakini Eqola Braun 1959-cu ildə 20 yaşı olarkən həyati əhəmiyyətə malik qərar qəbul edib - yeni doğulan qızını övladlığa verib.
Braun Alabama ştatında dünyaya gəlib. Lakin sonradan həyatının böyük hissəsini keçirdiyi Sintsinnatiyə köçüb. Və məhz burada qızından imtina etmək qərarına gəlib. Çünki, onun qızının qayğısına qalmağa imkanı yox idi. Üç il bundan öncə isə qadın Atalantaya köçüb.
Braunun böyük ailəsi - dörd qızı və bir oğlu var. Lakin o hələ də, körpə ikən tək buraxdığı qızını düşünürdü.
Son 50 ildə qadın atdığı addıma görə məyusluq hissi keçirmirdi. Lakin qızının taleyinin necə olması sualı onu rahat buraxmırdı. Və nəhayət 70 yaşında o ən yaxşı Milad hədiyyəsi aldı – qızı ilə görüşüb. Bu məsələdə ona nəvəsi yardımçı olub. Onun nəvəsi İnternet vasitəsilə Sintsinnatidə yaşayan xalası Kehron Gibsonu tapıb.
50 ildən sonra anasını görmək üçün Atalantaya gələn Gibson görüşdən sonra ögey valideynlərinin yanına qayıdıb. Lakin o yanvarda iki həftəlik anasının yanına - Atalantaya gəlməyə hazırlaşır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: