Ana 4 aylıq körpəsini 14-cü mərtəbədən atdı
03 Mart 2012 Şənbə 15:24
Səbəb körpənin gecə ağlaması olub
Rusiyada tükürpədici hadisə baş verib. Belə ki, Nijni Novqorodda modellik edən 27 yaşlı Yekaterina Markovkina 4 aylıq körpəsini 14-cü mərtəbədən atıb.

ANA PRESS-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qadının öz körpəsinə qarşı belə qəddar addım atmasına səbəb uşağın gecə ağlaması olub. Qadın uşağı eyvandan atandan sonra yenidən yatağına qayıdaraq yatıb.

Körpənin cəsədini səhər həyətdə oynayan uşaqlar tapıblar.
Polis tərəfindən dindirilən Y.Markovkina ruhi-əsəb dispanserinə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar