“Amnesty International” hicab qadağasını pisləyir
25 Aprel 2012 Çərşənbə 06:42
Qurum hökümətlərin müsəlmanlara yönəlmiş ayrıseçkiliyə qarşı lazımı səviyyədə mübarizə aparmadığını bildirir.
“Amnesty International” müsəlmanlara qarşı ayrıseçkiliyi pisləyib. Hesabatda qeyd edilir ki, hökümətlər müsəlmanlara yönəlmiş ayrıseçkiliyə qarşı lazımı səviyyədə mübarizə aparmır, hətta bir çox hallarda hökümətlər özləri belə ayrıseçkiliyin yaranmasına təkan verir. Hesabatda əsas diqqət müsəlman qadınların baş örtüyünə, eyni zamanda niqab adı ilə tanınan yarımçıq, və burqa kimi tanınan tam üz örtüklərinə yönəldilir.
Təşkilatı Fransa və Belçika kimi Avropa ölkələrində baş və üz örtüklərini qanunla qadağan edilməsinin və müsəlman qadınlara qarşı “şübhə atmosferi” yaratdığını qeyd edir. Hesabatda əlavə edilmiş saysız nümunələrdə İspaniya, Hollandiya və digər Qərbi Avropa regionunda müsəlman qadınlara qarşı qərəzli siyasətin olduğu, əksər hallarda baş örtüyü ucbatından qadınların iş götürülmədiyi faktları göstərilir.
“İşə İslam geyimlərində gələn müsəlmanlar ayrıseçkiliyin qurbanı olur. Belə (ayrıseçkilik) münasibəti əsasən müsəlman qadınlar üçün olduqca zərərlidir. Hətta öyrənmişik ki, Belçika, Fransa, Hollandiya və İsveçrə kimi ölkələrdə sahibkarlar baş örtüyünə görə müsəlman qadınları işə götürməkdən imtina edir” – deyə “Amnesty International” təşkilatının ayrıseçkilik üzrə eksperti Marko Perolini bildirib.
DOSTLARINLA PAYLAŞ: