Amerikanın ölüm komandası: "Task Force 373"
27 İyul 2010 Çərşənbə Axşamı 22:05
Xüsusi komanda Task Force 373'ün əsas vəzifəsi öldürmək olub.
“Wikileaks” saytının Əfqanıstan müharibasinə dair yayımladığı sənədlər hər gün demək olar ki, yeni bir qalmaqalın üzə çıxmasına səbəb olur. İndi də Əfqanıstanda Taliban liderlərini mükhakiməsiz öldürən xüsusi bir komandanın xidmət etdiyi barədə detallar ortaya çıxıb. "Task Force 373" adlı xüsusi komandanın mülki şəxslərin ölümünə səbəb olduğu da iddia edilir.

“Task Force 373” Amerika ordusundakı məxfi qurumlardan hesab edilsə də, əslində bu, insan öldürməklə məşğul olan xüsusi komandadır. Komandanın əsas vəzifəsi onlara verilmiş siyahı əsasında Əfqanıstandakı Taliban liderlərinin məhv edilməsidir.

“Wikileaks” saytının bu komanda haqqında dərc etdiyi materiallara əsasən müəyyən edilib ki, xüsusi komandanın həyata keçirdiyi əməliyyatlar mülki şəxslərin ölümünə də səbəb olub.

2007-ci ilin 11 iyununda bu komanda Taliban liderlərindən olan Karl Urrahmanı ələ keçirmək üçün xüsusi əməliyyat keçirib. Cəlalabad yaxınlığında gecə saatlarında başlayan atışmadan sonra öldürülən yeddi nəfərin əfqan polis zabitləri olduğu məlum olub. Bu hadisədən bir həftə sonra "Task Force 33" liviyalı Taliban üzvü Əbu Layit Əl Libinin yaxalanması üçün əməliyyat hazırlayıb. Libinin gizləndiyi ehtimal edilən kənddəki şübhəli hədəflər bombalanıb. Axtarışlar nəticəsində Libinin nə ölüsü, nə də dirisi oradan tapılmasa da, əvəzində raketlə vurulmuş mədrəsədə yeddi uşaq meyiti aşkar edilib. Əməliyyat məxfi saxlanılıb, koalisiya iştirakçılarına isə bu hadisə barədə məlumat verilməyib.

”Task Force 373” xüsusi komandasının adının hallandığı sənədlərdə 144 nəfər mülki şəxsin öldürülməsindən bəhs edilir.

Ağ ev isə üzə çıxarılan məxfi sənədlərin keçmiş prezident Corc Buş dövrünə aid olduğunu bildirməklə vəziyyətdən çıxmağa çalışır. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar