Amerikalının öldürdüyü əfqanların ailələri 40 min dollar kompensasiya aldı
26 Mart 2012 Bazar Ertəsi 10:57
Hər yaralı əfqana isə 10 min dollar verilib.
Amerika qətlə yetirilən 17 əfqanıstanlıya görə kompensasiya ödəyib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, amerikalı çavuşun öldürdüyü əfqanların ailələrinə 40 min dollar, ailələrin hər yaralı üzvünə isə 10 min dollar ödənilib.

Xatırladaq ki, hadisə martın 11-də baş verib. Amerikalı çavuş Robert Beyls icazəsiz hərbi bazanı tərk edib. O, daha sonra 17 kəndlini, eləcə də uşaq və 3 qadını yatdıqları yerdə qətlə yetirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar